[b]Aqil Məmmədov hakimləri günahlandırdı[/b]
24.10.2014 - 18:36
[b]Aqil Məmmədov hakimləri günahlandırdı[/b]

“Oyun barədə nə deyə bilərəm? Mən futbolçulardan razıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

Gənc çalışdırıcı bu gün Topaz Premyer Liqasının IX turunda səfərdə “Qəbələ”yə 3:1 hesabı ilə uduzmaqlarına şərh verib.

 

Məmmədov məğlub olmaqlarında hakimləri günahlandırıb: “Biz 10:1 hesabı ilə uduzsaydıq belə, mən bu sözləri deyəcəkdim. Düşünürəm ki, hakimlər oyuna təsir etdilər. Məncə, bizim topu qapıdan keçirdiyimiz epizodda qol qeydə alınmalı idi. “Qəbələ”nin ikinci qolunda qayda pozuntusu vardı. Mən durduğum yerdən görürdüm ki, bizim vurduğumuz qol qaydalar çərçivəsindədir.  “Qəbələ” barədə ümumiyyətlə danışmaq istəmirəm. Çünki “Qəbələ”  bu gün qələbəyə layiq deyildi”.(pfl)

0