Vaqiflə Rəhman komandasını məğlubiyyətdən xilas edə bilmədi
25.10.2014 - 01:07
Vaqiflə Rəhman komandasını məğlubiyyətdən xilas edə bilmədi

Ötən gün Türkiyə PTT I Liqasında VII tura start verilib. Apasport.az saytının məlumatına görə, milli komandamızın sabiq üzvü Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın komandası "Qaziantep BB" öz meydanında "Şanlıurfaspor"u qəbul edib.

 

Görüşdə qonaqlar minimal hesablı qələbəyə sevinib.

 

Komandasının uduzduğu (0:1) oyunda Vaqif 15-ci dəqiqədə Ameobinin, Hacıyev isə 73-cü dəqiqədə Mehmet Nasın əvəzinə meydana olub. Digər təmsilçimiz Budak isə "18-lik"də yer almayıb.

 

Qeyd edək ki, 7 matdan sonra "Qaziantep BB" 4 xalla 17-ci pillədə qərarlaşır.

0