[b]“Qarabağ” üçün 1,3 milyon avro[/b]
25.10.2014 - 13:40
[b]“Qarabağ” üçün 1,3 milyon avro[/b]

UEFA tərəfindən “Qarabağ”a ödənməli olan məbləğ Ağdam təmsilçisinin hesabına köçürülüb. Apasport.az saytının məlumatına görə, əyalət klubunun büdcəsi 1,3 milyon avro zənginləşib.

 

Buna komandanın Avropa Liqasının qrup mərhələsinə düşməsi səbəb olub. UEFA yarışda çıxış edən bütün klublara, o cümlədən “Qarabağ”a bu məbləği ödəyib. UEFA-dan AFFA-ya daxil olan müvafiq vəsait dərhal klubun hesabına köçürülüb.

 

Mənbə: affa.az

0