[b]Mahir Şükürov qol vurdu, Branimir Subaşiç cəzalandırıldı [/b]
25.10.2014 - 23:27
[b]Mahir Şükürov qol vurdu, Branimir Subaşiç cəzalandırıldı [/b]

Türkiyə PTT I Liqasında VII turun növbəti oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Mahir Şükürovun formasını geyindiyi "Karşıyaka"  Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor"la üz-üzə gəlib.

 

Görüşdə "Karşıyaka” 2:0 hesablı qələbə qazanıb. Manisada start heyətində meydana çıxan Mahir ilk qolun müəllifi olub. O, 21-ci dəqiqədə cərimə zərbəsindən fərqlənib. Qonaqların ikinci qolunu isə 41-ci dəqiqədə Ofoedu vurub.

 

Bu qələbədən sonra Şükürovun komandası xallarının sayını 11-ə çatdırıb və 7-ci pilləyə yüksəlib.

 

Qeyd edək ki, Subaşiç də Mahir kimi oyunda sona qədər forma geyinib. Serb futbolçu matın 73-cü dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

0