Rail Məlikov "Dənizlispor"a lazım olmadı
25.10.2014 - 23:35
Rail Məlikov "Dənizlispor"a lazım olmadı

Milli komandamızın sabiq müdafəçisi Rail Məlikovun komandası "Dənizlispor" Türkiyə PTT I Liqasının VII turunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Dənizli klubu öz meydanında "Boluspor"la qarşılaşıb.

 

Railin ehtiyat oyunçular skamyasında izlədiyi matçda komandası 0:3 hesabı ilə məğlub olub.

 

Qeyd edək ki, "Dənizlispor" bu mövsüm yalnız bir qələbə qazanmağı bacarıb. 5 heç-heçə və 1 bərabərliyə imza atan müdafiəçimizin şərəfini qoruduğu komandasının aktivində 8 xal var.

0