“Azərbaycanla qarşılaşma bizim turnirdəki ən yaxşı oyunumuz idi”
29.10.2014 - 09:33
“Azərbaycanla qarşılaşma bizim turnirdəki ən yaxşı oyunumuz idi”

“Seçmə mərhələni qrup ikincisi kimi adladığımız üçün çox xoşbəxtik. Azərbaycanla qarşılaşma bizim turnirdəki ən yaxşı oyunumuz idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Bosniya və Herseqovina millisinin baş məşqçisi Sakib Malkoçeviç deyib.

 

Balkanlı mütəxəssis Avropa çempionatının ilkin seçmə mərhələsinin Belçikada keçirilən X qrupunun son görüşü haqda fikirlərini açıqlayıb. Azərbaycanla 1:1 hesabı ilə başa çatan görüşün penaltilər seriyasındakı qələbədən məmnun qalıb: “Belçika iı İsveçrə qrupun favoritləri olsa da, sonunculara qalib gəlmişdik. Çox gənc komandamız var. Onların nəyə qadir olduğunu hələ bundan sonra görəcəksiniz. Azərbaycana qol vurandan sonra oyunçularımız başa düşdü ki, qalib gələ bilərlər. Lakin hələ çox çalışmalı, öyrənməliyik”.

0