Azərbaycan klubunun oyunçusunu Slovakiyada qovdular - FOTO
29.10.2014 - 12:08
Azərbaycan klubunun oyunçusunu Slovakiyada qovdular  - FOTO

Futzal üzrə Ukrayna millisi Slovakiya ilə 2 yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, çempionatımızın lideri olan “Fənər”in oyunçusu Yevgeni Valyenko bu matçlarda forma geyinib.

 

Slovakiyanın Humenne şəhərində keçirilən ilk matçda qonaqlar əzmkar qələbə qazanıb – 2:1. Bu görüşdə Valyenko 18-ci dəqiqədə meydandan qovulub. Dünən keçirilən ikinci matçda isə Ukrayna rəqibinin daşını daş üstə qoymayıb – 7:1.

0