İbrahim Uzunca: “Neftçi”dən geri qalmırdıq
29.10.2014 - 16:32
İbrahim Uzunca: “Neftçi”dən geri qalmırdıq

“Bakı”nın baş məşqçisi İbrahim Uzunca Topaz Premyer Liqasının X turu çərçivəsində qarşılaşdıqları “Neftçi” ilə oyunu şərh edib. Apasport.az saytının məlumatına görə, türkiyəli mütəxəssis evdə 1:3 hesablı məğlubiyyətdə rəqibinin gücünü qeyd edib.

 

O bildirib ki, oyun çox baxımlı alınıb: “Qarşılaşmada gözəl qolların şahidi olduq. İndiki durumda “Neftçi” daha güclü komandadır. Amma onlardan geri qalmırdıq. 1:1 hesabından sonra yenə qol vura bilsəydik, oyunda xal qazanmaq mümkün olardı”. 

0