[b]Kaxaber Sxadadze: Keyfiyyət daha yüksək olsaydı...[/b]
29.10.2014 - 20:21
[b]Kaxaber Sxadadze: Keyfiyyət daha yüksək olsaydı...[/b]

“Çox maraqlı oyunun şahidi olduq”. Apasport.az saytının məlumatına görə, bu sözlər “İnter”in baş məşqçisi Kaxaber Sxadadzeyə məxsusdur.

 

Gürcüstanlı çalışdırıcı bu gün Topaz Premyer Liqasının X turunda “İnter Arena”da “Qarabağ”la qolsuz bərarərliyə qalmalarına şərh verib: “Birinci hissədə sürətli oyun izlədik. Biz “Qarabağ”ın oyuna belə aqressiv başlayacağını gözləmirdik. Amma ikinci hissədə daha yaxşı oyun sərgilədik. Keyfiyyət daha yüksək olsaydı, qələbə qazana bilərdik. Bütün bunlara rəğmən, oyunçularımı təbrik edirəm. “Neftçi” ilə ağır matçdan sonra bu gün futbolçularım yaxşı oyun göstərdilər. İndi biz gələcək oyunlara lazımınca hazırlaşmalıyıq”.(pfl)

0