Bizim “menşevik”lər
31.10.2014 - 15:00
Bizim “menşevik”lər

Topaz Premyer Liqasının autsayderlərindən olan AZAL bir oyunda ikidən artıq qol vura bilmir. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər” 2 və daha az top vurmaqda 45 oyunluq seriyaya malikdi.

 

Cari mövsümün matçında “iki”ni aşa bilməyən paytaxt təmsilçisi ötən çempionatı da “menşe”lərlə başa vurmuşdu.

 

Bu 45 qarşılaşmada uğursuz çıxış edən AZAL 2012/13 mövsümünün son turunda “Kəpəz”lə ev oyununda məhsuldarlıq göstərmişdi – 4:0.

 

Bakılılar dünyanın ən böyük “menşevik”ləri arasında 7-ci yerdədi. Rekord 65 oyunla Portuqaliyanın aşağı dəstə təmsilçisi “Santa-Klara”ya məxsusdu.

 

Yüksək dəstə komandalarından isə Gürcüstanda 52 matçdı 2-dən çox qol vurmayan “Kolxeti” hamıdan öndədi. 

0