100 min dollarlıq yarışı Şəhriyar Məmmədyarov ​qazandı - FOTO
14.11.2014 - 16:08
100 min dollarlıq yarışı Şəhriyar Məmmədyarov ​qazandı  - FOTO

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov növbəti uğurunu qazanıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz bu dəfə Rusiyada Mixail Talın xatirəsinə həsr olunmuş beynəlxalq blits yarışının qalibi olub.

 

12 şahmatçının iştirak etdiyi, ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnirdə Məmmədyarov 22 matçdan 16 xal toplayıb. Yarışda ikinci yeri tutan Aleksandr Qrişuk (Rusiya) təmsilçimizdən 0,5 xal geri qalıb. İlk “üçlüyü” isə əlavə əmsallara gör Boris Gelfand (İsrail) qapayıb. O, liderdən 3,5 xal geri qalıb. 

0