AFFA Marko Tardelliyə 3 illik müqavilə təklif edib
17.11.2014 - 18:05
AFFA Marko Tardelliyə 3 illik müqavilə təklif edib

İtaliyalı mütəxəssis Marko Tardelliyə AFFA tərəfindən təklif edilən müqavilənin bəzi şərtləri müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, assosiasiya rəsmiləri 60 yaşlı mütəxəssisə 3 illik anlaşma irəli sürüb.

 

Bu da onunla bağlıdı ki, Tardelli AVRO-2016-nın seçmə mərhələsinin gedişində yığmamızın “sükanı arxası”na keçsə, növbəti tsikldə də postunda qalsın. Yəni, italiyalı Foqtsla başlayıb, Mahmud Qurbanovla davam etdirdiyimiz cari mərhələ yekunlaşdıqdan sonra DÇ-2018-ə vəsiqə uğrunda matçlarda da komandamıza başçılıq edəcək.

 

Qeyd edək ki, bu məsələnin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir. Çünki İtaliya mətbuatı hər 2 tərəfin bu danışıqların müsbət başa çatacağının tərəfdarı olduğunu xüsusi vurğulayıb. 

0