[b]AZAL: Bu, hakimlik adına qara ləkədi[/b]
21.11.2014 - 00:00
[b]AZAL: Bu, hakimlik adına qara ləkədi[/b]

“Biz hakimlik barədə rəsmi şəkildə etirazımızı bildirəcəyik”. Bunu apasport.az saytına açıqlamasında AZAL-ın mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov deyib.

 

Topaz Premyer Liqasının XII turunda AZAL evdə “Qəbələ”ni qəbul edib. Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. “Təyyarəçilər” 6 qolun vurulduğu oyunun baş hakimi Ömər Paşayevin idarəçiliyindən narazı qalıb.

 

Klub rəsmisi bildirib ki, bununla bağlı AFFA-ya müraciət edəcəyik: “Matçdan sonra bununla bağlı protokolda qeydlər elədik. Bu, hakimlik adına qara ləkədi. Çox biabırçılıq oldu. İstəyirik ki, AFFA və digər qurumlar hakimin qərarlarına münasibət bildirsin. Həmçinin, onun cəzalanması gərəkdi. Öz mövqeyimizi rəsmi şəkildə AFFA-ya göndərəcəyik”. 

 

0