Millimiz Belçikaya gedəcək
21.11.2014 - 15:28
Millimiz Belçikaya gedəcək

Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq U-17 (qızlar) və U-19 (qızlar) yığmaların oyunlarının keçiriləcəyi ölkələr məlum olub. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, Belçika, Çexiya, Gürcüstan komandaları ilə eyni qrupda mübarizə aparacaq 17 yaşadək futbolçu qızlardan ibarət millimiz matçlarını Belçikada keçiriləcəklər. Bu qrupun oyunları 29 sentyabr - 4 oktyabr tarixlərində təşkil olunacaq.

 

Belçika, Uels və Xorvatiya yığmaları ilə eyni qrupda mübarizə aparacaq U-19-un oyunları isə Uelsdə keçiriləcək.

 

Qeyd edək ki, bu yaş qrupunun oyunları sentyabrın 15-20-də olunacaq.

0