“İnter”də iclas keçirildi
21.11.2014 - 21:20
“İnter”də iclas keçirildi

Bu gün “İnter”də Müşahidə Şurasının iclası keçirilib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, iclasda "bankirlər"in yeni idman direktoru Roland Vromans Müşahidə Şurasının üzvlərinə təqdim olunub.

 

“Roda” Futbol Akademiyasının direktoru vəzifəsindən ayrılıb ölkəmizə gələn 47 yaşlı mütəxəssis iş planı barədə məlumat verib. Bundan başqa, iclasda növbəti 5 il üçün iş planı barədə də fikir mübadiləsi aparılıb.

0