[b]“Neftçi”də yeni baş məşqçi[/b]
22.11.2014 - 20:00
[b]“Neftçi”də yeni baş məşqçi[/b]

“Neftçi” klubunun əvəzedici komandasına yeni baş məşqçi təyin olunub. Apasport.az saytının məlumatına görə, bu post bundan əvvəl “ağ-qaralar”ın U-19 komandasını çalışdırmış Samir Əliyevə tapşırılıb.

 

Əliyev hazırda AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri “Xəzər Lənkəran”la sabah keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.

 

Bundan başqa, “Neftçi”nin U-19 komandasının baş məşqçisi vəzifəsinə isə Azər Bağırov təyin olunub.

 

Qeyd edək ki, paytaxt təmsilçisinin əvəzedicilərini bundan öncə Elşad Əhmədov çalışdırırdı. O, bir neçə gün öncə vəzifəsindən ayrılıb.

0