[b]“Qarabağ”ın heyətində ciddi itki[/b]
22.11.2014 - 20:44
[b]“Qarabağ”ın heyətində ciddi itki[/b]

“Qarabağ”ın heyətində ciddi itki baş verib. Apasport.az saytının məlumatına görə, Ağdam klubunun hücumçusu Reynaldo zədələnib.

 

Braziliyalı futbolçu Topaz Premyer Liqasının XII turunda “Bakı” ilə (4:2) görüşdən sonra sıradan çıxıb. Onun diz qapağında problem aşkarlanıb. Bunun üçündə Reynaldo 10 gün istirahət etmək məcburiyyətində qalıb.

 

Beləliklə, “Qarabağ”ın forvardı ölkə çempionatının XIII turu çərçivəsində noyabrın 23-də baş tutacaq AZAL-la oyunda və Avropa Liqasının qrup mərhələsinin V turunda - noyabrın 27-də keçiriləcək “Sent-Etyen”lə səfər görüşündə meydana çıxa bilməyəcək.

0