[b]“Qarabağ” üzərində qazanılan qələbədən sonra…[/b]
23.11.2014 - 01:39
[b]“Qarabağ” üzərində qazanılan qələbədən sonra…[/b]

“Qarabağ” üzərində qazanılan qələbədən sonra biz komandanı digər oyunlara köklədik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasında “Qarabağ”ın rəqibi “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.

 

Təcrübəli çalışdırıcı Ukrayna Premyer Liqasında XIII turunda evdə “Qoverla” ilə 1:1 hesablı heç-heçə etmələrinə şərh verib: “Hamınız düz fikirləşmisiniz. Ağır oyun olacağını bilirdim. Bunu əvvəlcədən hiss etmişdim. Rəqib müdafiədə “oturdu”, sonra istədiklərinə nail oldular. Mən əvəzləməni etmək istəyirdim, amma buna çatmadım. Kaliniçin yerinə digər futbolçunu meydana buraxacaqdım. Lakin “Qoverla”nın belə tez qol vuracağını düşünmürdüm”.

 

Qeyd edək ki, “Dnepr”in hücumçusu Nikola Kaliniç matçın 83-cü dəqiqəsində ikinci sarı vərəqə alaraq, meydandan qovulub. 

0