Tərlan Əhmədov: Qırmızı vərəqə bütün planlarımızı pozdu
23.11.2014 - 17:53
Tərlan Əhmədov: Qırmızı vərəqə bütün planlarımızı pozdu

“İlk növbədə "Sent-Etyen"lə oyunda "Qarabağ"a uğurlar arzulayıram”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Gənc çalışdırıcı bu gün Topaz Premyer Liqasının XIII turunda səfərdə “Qarabağ”a 2:1 hesabı ilə məğlub olduqları oyuna şərh verib: “Qarabağ” Avropada yeganə təmsilçimizdi. Ümid edirəm ki, qələbə qazanıb, bizi sevindirərlər. Oyuna gəldikdə, biz 30 dəqiqə futbol gördük. Qırmızı vərəqə bütün planlarımızı pozdu. İstəyirdik ki, hücumları cinahdan quraq. Etiraf edim ki, səhvlərimiz var idi. Qırmızı vərəqə olmasaydı, bəlkə başqa oyun görərdik. Amma yenə futbulçularıma təşəkkür bildirmək istəyirəm. Azlıqda qalsaq da, qol vura bildik. "Qarabağ"ı təbrik edirəm”.(pfl)

0