[b]Araz Abdullayev yenə cəzalandırıldı[/b]
23.11.2014 - 20:23
[b]Araz Abdullayev yenə cəzalandırıldı[/b]

“Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayev klubun nizam-intizam qaydalarını pozduğuna görə cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, futbolçu bu gün komandanın oyunöncəsi toplanışına gecikdiyi üçün məşqə buraxılmayıb.

 

Abdullayevlə bağlı qəti qərar XIII turun oyunundan sonra keçiriləcək klubdaxili iclasda veriləcək.

 

Qeyd edək ki, Araz Abdullayev Topaz Premyer Liqasının VIII turunda baş tutan "Sumqayıt"la matçın 57-ci dəqiqədə Samir Məsimovla əvəzlənərkən Arif Əsədova aşkar şəkildə narazılığını bildirmişdi. Daha sonra çalışdırıcının təqdimatına əsasən onu əvəzedici komandaya göndərmişdilər. 

0