Ağayevadan cəmi 1 dəqiq zərbə
24.11.2014 - 09:30
Ağayevadan cəmi 1 dəqiq zərbə

Azərbaycan millisinin voleybolçusu Yana Ağayeva “Atom”un heyətində Polşa Orlen Liqasında növbəti oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, hücumçumuz III setdə əvəzetmələrlə meydana girsə də, komandasına kömək edə bilməyib.

 

Belə ki, “Muşinyanka”nı qəbul edən “Atom” “quru hesabla” uduzub – 0:3 (22:25; 13:25; 16:25). Ağayeva aktivinə cəmi 1 xal yazdırıb.

 

Sopot təmsilçisindən fərqli, Çempionlar Liqasında “Rabitə”nin rəqibi olan “Ximik” növbəti qələbəsini qazanıb. Şetsin klubu “Legionovia”ya 3:0 (25:21; 25:7; 25:18) hesabı ilə qalib gəlib.

 

Beləliklə, VIII turdan sonra aktivində 22 xalı olan “Ximik” liderliyini davam etdirir. Onlardan 5 xal geri qalan “Atom” isə 3-cüdür.

0