[b]Dünya əfsanəsini itirdi[/b] - FOTO
24.11.2014 - 10:01
[b]Dünya əfsanəsini itirdi[/b] - FOTO

Əfsanəvi məşqçi Viktor Tixonov vəfat edib. Apasport.az saytının məlumatına görə, dünya idmanının ən dahi simalarından sayılan rusiyalı hokkey mütəxəssisi 84 yaşında dünyasını dəyişib.

 

SSRİ və Rusiya tarixində əvəzolunmaz iz qoyan Tixonov uzun sürən xəstəlikdən sonra bu gecə ölüb. Milli və MOİK-dən tanınan əfsanə 1977-1991-ci illərdə SSRİ, 1992-ci ildə MDB, 1992-1994 və 2003-04-cü illərdə Rusiya yığmasının, 1977-1996 və 2002-04-cü illərdə “hərbçilər”in “sükanı arxası”nda olub.

 

Baş məşqçi kimi 3 dəfə Olimpiya (1984, 1988, 1992), 8 dəfə dünya (1978, 1979, 1981, 1982, 1983, 1986, 1989, 1990), 13 dəfə SSRİ (1977—1989) çempionu olan Tixonov 14 dəfə MOİK-lə Çempionlar kubokunun qalibi olub. Bundan başqa o 1953-63-cü illərdə Moskva və 1968-77-ci illərdə Riqa “Dinamo”sunda çalışıb.

 

Saysız-hesabsız orden və medalları olan rusiyalı 51 illik məşqçilik karyerasında yüzlərlə əfsanəni yerişdirməkdə, Kanada və ABŞ hokkeyçilərinə meydan oxuya bilən kollektiv yaratması ilə də ad çıxarıb.

0