Sadio Tounkara yubiley matçına çıxdı
25.11.2014 - 00:06
Sadio Tounkara yubiley matçına çıxdı

"Xəzər Lənkəran"ın futbolçusu Sadio Tounkara Topaz Premyer Liqasının XIII turu çərçivəsində “Neftçi” ilə keçirlən oyunda yubiley matçına çıxıb. Apasport.az saytının məlumatına görə, malili yarımmüdafiəçi cənub klubunun heyətində karyerasında 100-cü oyununu keçirib.

 

Lakin Tounkara yubiley qarşılaşmasında yalnız 45 dəqiqə mübarizə apara bilib.

 

Belə ki, “Dalğa Arena”da baş tutan və 2:2 hesabı ilə yekunlaşan matçda Sadio qırmızı vərəqə alaraq, meydandan qovulub.

 

Qeyd edək ki, “yaşıllar”a 2012-ci ilin əvvəlində transfer olunan afrikalı futbolçu ilk dəfə 2011/12 mövsümündə AZAL-la görüşdə forma geyinib. “Təyyarəçilər”lə oyunun 68-ci dəqiqəsində meydana daxil olan Tounkara 3 ilə yaxın müddətdə 82 çempionat, 10 kubok, 7 Avroliqa və 1 Superkubok görüşünün iştirakçısı olub. 

0