Yığmamızın yer aldığı “8-lik” müəyyənləşdi
25.11.2014 - 09:27
Yığmamızın yer aldığı “8-lik” müəyyənləşdi

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının elit-raundunun püşkatması dekabrın 3-də baş tutacaq. Apasport.az saytının məlumatına görə, artıq püşkatma zamanı yığmaların yer alacağı səbətlər açıqlanıb.

 

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə 13:40-də başlayacaq. Mərasimdə 32 komanda 8 qrupa bölünəcək. Bu üzdən də həmin komandalar hərəsində 8 yığma olan 4 səbətə paylanılıb. Püşk zamanı Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməyəcək.

 

Azərbaycan millisi püşk zamanı sonuncu – D səbətində yer alacaq. Bu da yığmamızın reytinqinin aşağı olması ilə bağlıdı. 2015-ci ilin yazında keçiriləcək elit-raundda qrup qalibləri və 2-ci yer sahiblərindən 7-si final mərhələsinə vəsiqə əldə edəcək.

 

A səbəti

Almaniya, Polşa, İspaniya, İngiltərə, Avstriya, Portuqaliya, Hollandiya, Çexiya

B səbəti

Xorvatiya, Şotlandiya, İrlandiya, İtaliya, Rusiya, Rumıniya, Fransa, Belçika

C səbəti

Norveç, Gürcüstan, Slovakiya, Belarus, Macarıstan, Serbiya, İslandiya, İsveç

D səbəti

Yunanıstan, İsrail, Sloveniya, Uels, Şimali İrlandiya, AZƏRBAYCAN, Bosniya və Herseqovina, Ukrayna

 

Qeyd edək ki, 2015-ci il mayın 6-25-də keçiriləcək final mərhələsinə Bolqarıstan ev sahibliyi edəcək.

 

 

0