Ukrayna millisinin sabiq futbolçusu: Azərbaycan klubuna getmərəm
25.11.2014 - 11:06
Ukrayna millisinin sabiq futbolçusu: Azərbaycan klubuna getmərəm

Ukrayna millisinin sabiq futbolçusu Boqdan Şerşun karyerasını Azərbaycanda davam etdirmək istəməyib. Apasport.az saytının məlumatına görə, bunu 33 yaşlı müdafiəçinin özü açıqlayıb.

 

Karyerasının ən yaxşı illərini Rusiya MOİK-ində keçirən arxa xətt oyunçusu ölkəmizdə çıxış etməyə ehtiyac duymur: “Uzaq xaricdən təklif gəlsə, ora getməyəcəm. Mən şərti olaraq, Azərbaycanla Qazaxıstanı da nəzərdə tuturam. Bu yaxınlarda agentlər mənə ora getməyi təklif etdilər. Amma bunda bir məntiq görmürəm. Daha bir il oynadım. Bəs sonra? Məşqçiliyə başlamaq daha yaxşıdı. Bunun alınıb-alınmayacağını bilmirəm. Amma futbolda qalmaq istəyirəm”.

 

Qeyd edək ki, Şerşun Ukraynada “Dnepr”, “Arsenal”, “Krivbass” və “Volın”da çıxış edib.

0