AFFA-da daha bir komitə
25.11.2014 - 13:38
AFFA-da daha bir komitə

AFFA-da daha bir komitə yaradılacaq. Apasport.az saytının məlumatına görə, assosiasiyada Klublar  Komitəsi fəaliyyət göstərəcək.

 

Belə ki, AFFA prezidentinin əmrinə əsasən Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələrinin iştirakı qurum formalaşacaq. Bununla əlaqədar olaraq baş katibliyə Klublar Komitəsinin Əsasnaməsinin hazırlanmaq, iş prinsipinin müəyyənləşmək və nümayəndələrinin iştirakı ilə operativ olaraq fəaliyyətə başlanaq tapşırığı verilib.

 

Qeyd edək ki, bir müddət əvvəl AFFA-da Məşqçilər Komitəsi yaradılmasına qərar verilmişdi.

 

Mənbə: affa.az

0