[b]Robert Prosineçkinin təyinatı dekabrın 3-də rəsmiləşəcək[/b]
25.11.2014 - 14:19
[b]Robert Prosineçkinin təyinatı dekabrın 3-də rəsmiləşəcək[/b]

AFFA-nın  İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, yığıncaq dekabrın 3-də baş tutacaq.

 

AFFA-nın inzibatı binasında keçiriləcək iclas saat 11:00-da başlayacaq. Yığıncağın gündəliyində duran əsas məsələ Azərbaycan millisinin baş məşqçisinin təsdiqlənməsidi.

 

Hazırda ölkəmizdə olan Xorvatiyalı Robert Prosineçki ilə danışıqlar müsbət yekunlaşsa, komitə məhz onu bu posta təsdiqləyəcək.

 

Ümumilikdə isə gündəlikdə 5 məsələ, həmçinin digər mövzuların müzakirəsi də yer alıb.

1. Məşqçilər Komitəsinin yaradılmasının,  Əsasnaməsinin və üzvlərinin təsdiqi.

2. Milli Komandanın  baş məşqçisinin təsdiqinin müzakirəsi.

3. U-21 yığma komandasının baş məşqçisinin təsdiqinin müzakirəsi.

4. Klublar Komitəsinin yaradılmasının və Əsasnaməsinin təsdiqi.

5. Lisenziyalaşdırma qrupunun  məlumatı.

6. Digər məsələlər.

 

Mənbə: affa.az

0