[b]“Qarabağ” qrupda son səfərinə çıxdı[/b]
25.11.2014 - 18:08
[b]“Qarabağ” qrupda son səfərinə çıxdı[/b]

Avropa Liqasının qrup mərhələsinin V turunda “Senr-Etyen”lə qarşılaşacaq “Qarabağ” bu gün Fransaya yola düşüb. Apasport.az saytının məlumatına görə, qrupda son səfər matçına noyabrın 27-də çıxacaq Ağdam təmsilçisi Fransaya çarter reysi ilə yollanıb.

 

Qurban Qurbanovun yetirmələri Sent-Etyenə birbaşa çarter reysiylə uçub. Komandanı KİV nümayəndələri də müşayiət edir.

 

“Qarabağ” bu səfərə tam heyətlə yollanıb. Belə ki, zədəlilər – Reynaldo. Danilo Dias, Cumbinyo da komanda ilə Fransaya gedən heyətdə yer alıblar.

0