“Çelsi”nin kapitanı tarixə düşdü
26.11.2014 - 01:12
“Çelsi”nin kapitanı tarixə düşdü

“Çelsi”nin kapitanı Con Terri London klubunun tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, 33 yaşlı müdafiəçi “zadəganlar”ın heyətində Çempionlar Liqasında ən tez fərqlənən futbolçu olub.

 

Terri buna qitə miqyaslı ən titullu klub turnirinin qrup mərhələsinin V turunuda “Şalke” ilə görüşdə imza atıb. O, matçın 2-ci dəqiqəsində Sesk Fabreqasın ötürməsindən sonra komandasını hesabda önə çıxarıb.

 

Qeyd edək ki, hazırda Almaniyada davam edən oyunda İngiltərə təmsilçisi 0:3 hesabı ilə öndədi.

 

0