“Sent-Etyen” “Qarabağ” önünə itkilərlə çıxacaq
26.11.2014 - 12:04
“Sent-Etyen” “Qarabağ” önünə itkilərlə çıxacaq

Sabah Avroliqanın qrup mərhələsində doğma meydanda təmsilçimiz “Qarabağ”ı qəbul edəcək “Sent-Etyen” klubunun heyətində ciddi itkilər var. Apasport.az xəbər verir ki, fransızların 3 əsas forvardı zədəlidi.

 

Türkiyəli hücumçu Mövlud Ərdinç, fil-dişi sahilindən olan Maks Qradel və Allan Sankt – Maksimin hələ də sağalmayıb.  Onlarla yanaşı yarımmüdafiəçi Koad Reno da sıradan çıxıb. Fransa mətbuatının yazdığına görə onların sabah keçiriləcək oyuna qədər də hazır olacaqları inandırıcı deyil.

 

Qeyd edək ki, “Sent-Etyen” – “Qarabağ” oyun sabah saat 00:05-də start götürəcək. 

0