[b]Mərhələ adlamaqda pay sahibi olanlar - SİYAHI[/b]
26.11.2014 - 20:31
[b]Mərhələ adlamaqda pay sahibi olanlar - SİYAHI[/b]

Qadın voleybolçular arasında CEV kubokunun 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Lokomotiv” (Azərbaycan) – “Rote Raben” (Almaniya) ən yaxşısının adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bakı klubunun 3:1 hesabı ilə qalib gəldiyi görüşün bombardiri adını Enn Buijs qazanıb.

 

Hollandiyalı hücumçu komandamızın aktivinə 20 dəqiq zərbə yazıb. “Lokomotiv”in digər voleybolçularından Aleksandra Srnçeviç 17, Valeriya Rosso 13, Ayşən Abduləzimova 9, Valentina Arriqqetti ilə Quinta Stenbergen hərəyə 5, Evangeliya Çantava 2, Tuğce Aticı və Karli Lloyd hərəyə 2 xal qazanıb.

 

“Rote Raben”in heyəində isə Lena Stiqrot daha məhsuldar olub. O, aktivinə 15 xal yazmağı bacarıb.

 

Qeyd edək ki, ilk görüşdə də qələbə qazanan (3:0) “Lokomotiv” 1/8 finala vəsiqə qazanıb.

0