“Fənərbaxça” - “Azəryol”: Meydan sahibləri lider
27.11.2014 - 01:05
“Fənərbaxça” - “Azəryol”: Meydan sahibləri lider

Qadın voleybolçulardan ibarət Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Fənərbaxça” (Türkiyə) – “Azəryol” (Azərbaycan) matçının ən yaxşısının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, İstanbul təmsilçisinin 3:1 hesabı ilə qalib gəldiyi görüşün bombardirləri elə meydan sahiblərinin oyunçuları olub.

 

Bunlar, Lo Bianko ilə Kimdi. Türkiyə klubunun hər iki voleybolçusu 21 dəqiq zərbəyə imza atıb. Eda, Bauer, Montano 11, Hildebrand, Polen 3, Mərve və Meliha 1 dəqiq zərbə vurublar.

 

“Azəryol”da isə Yovana Brakoçeviç 14, Odina Bayramova 12, Kseniya Pozniyak 11, Yelena Nikoliç 10 və Straşmira Filipova 9 xal toplayıb.  

0