“Qarabağ” Bakıya qayıdası olmadı
28.11.2014 - 14:36
“Qarabağ” Bakıya qayıdası olmadı

Avropa Liqasının V turunun “Sent-Etyen”lə Fransadakı oyununda heç-heçə (1:1) edən “Qarabağ” bu gün Azərbaycana qayıdır. Apasport.az saytının məlumatına görə, qrup mərhələsindəki son səfərində 1 xal qazanan çempionumuz məskunlaşdığı Bakıya qayıdası olmayıb.

 

Belə ki, ağdamlılar Sent-Etyendən çarter reysi ilə Qəbələyə uçur. Buna səbəb ağdamlıların Topaz Premyer Liqasının XIV turunda “Simurq”la oynamasıdır.

 

Qurban Qurbanov komandasını özünün doğulub, boya-başa çatdığı Zaqatalaya Qəbələdən aparmağı lazım bilib. Noyabrın 30-da “Simurq”un qonağı olacaq ağdamlılar Bakıya həmin matçdan sonra qayıdacaq.

0