[b]“Əgər Avroliqada mübarizəni dayandırsaq, bütün günahı özümüzdə axtaracağıq” - FOTO[/b]
28.11.2014 - 16:19
[b]“Əgər Avroliqada mübarizəni dayandırsaq, bütün günahı özümüzdə axtaracağıq” - FOTO[/b]

“Məni ən çox qıcıqlandıran “Qarabağ”ın əlinə düşən tək imkandan istifadə etməsidi”. Apasport.az xəbər verir ki, bu sözləri UEFA-nın rəsmi saytına açıqlamasında “Sent-Etyen”in yarımmüdafiəçisi Faben Lemuan deyib.

 

O, Avroliqanın qrup mərhələsində “Qarabağ”la 1:1-lik heç-heçə etdiyi oyundan danışıb. Lemuan bildirib ki, rəqib qapıçısının gözəl oyununa görə xal qazandı: “Biz çox çalışdıq. Amma alınmadı. Rəqib qapıçının oyununu xüsusi qeyd edərdim. Özümüzü onda günahlandırıram ki, biz çox qol vura bilmədik. Hələ heç nə həll edilməyib. Biz 3-cü pillədəyik. “Dnepr”ə qarşı yaxşı oynamalıyıq və “İnter”in “Qarabağ”ı məğlub etməsini gözləməliyik. Əgər Avroliqada mübarizəni dayandırsaq, bütün günahı əldən verdiyimiz fürsətlərə görə özümüzdə axtaracağıq. “İnter”lə oyunu nəzərə almasaq, evdə keçirdiyimiz digər iki görüşdə mütləq qələbə qazanmalı idik”.

0