Azərbaycan kuboku: 7 oyunun vaxtı açıqlandı
28.11.2014 - 17:56
Azərbaycan kuboku: 7 oyunun vaxtı açıqlandı

Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarının başlama vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, bir oyundan ibarət olacaq bu mərhələ çərçivəsində 7 qarşılaşma baş tutacaq.

 

Belə ki, “Araz-Naxçıvan” yarışdan çıxdığı üçün “Xəzər Lənkəran” 1/8 finalda oynamadan mərhələ adlayıb.

 

3 dekabr (çərşənbə)

 

13:00. “Neftçi” – “Qaradağ Lökbatan”
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu

 

13:00. “Neftçala” – AZAL
Nəriman Nərimanov adına Neftçala şəhər stadionu

 

15:00. “Qəbələ” – “Ağsu”
Qəbələ şəhər stadionu

 

15:00. “Sumqayıt” – “Bakı”
“Kapital Bank Arena”

 

15:30. “Qarabağ” – MOİK
Tofiq Bəhramov adına Respublika stadionu

 

17:00. “Simurq” – “Rəvan”
Zaqatala şəhər stadionu

 

18:00. “Şahdağ” – “İnter”
“İnter Arena” stadionu

 

Mənbə: pfl.az

0