“Monaco”dan Kral geçti” - FOTO
02.12.2014 - 15:39
“Monaco”dan Kral geçti” - FOTO

Türkiyənin “Futbol Extra” jurnalının dekabr sayında azərbaycanlı jurnalist Rasim Mövsümzadənin məqaləsi dərc olunub. Apasport.az saytının xəbərinə görə, “Monaco”dan Kral geçti. Jüri başkanı Rasim Mövsümoğlu”nun izlenimleri” adlanan yazıda dünyaca məşhur “Golden Foot”un jüri prezidenti olan həmyerlimizin sözügedən mükafatın Monakoda keçirilən tədbiri ilə bağlı təəssüratları əksini tapıb.

 

Türkiyənin “Futbol Extra”, “Trabzonspor” və “Futbol Plus” jurnallarının əməkdaşı olan Mövsümzadənin 2013-cü ildə Türkiyədə “Yılın Yabancı Spor Yazarı” (“İlin ən yaxşı əcnəbi idman yazarı”) nominasiyasında "Futbol Oscarı" mükafatına layiq görüldüyünü də xatırladaq.

 

Həmyerlimiz, həmçinin dünyada eyni zamanda üç nüfuzlu beynəlxalq mükafatın – “FIFA Ballon d'Or”, “UEFA Best Player in Europe” və “Golden Foot”un jüri üzvü olan yeganə şəxsdi.

 

0