[b]Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı[/b] - YENİLƏNİB
15.12.2014 - 15:25
[b]Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atıldı[/b] - YENİLƏNİB

Bu gün Çempionlar Liqasının 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, qrup mərhələsində ilk iki yeri tutan komandalar İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 8 cütlük təşkil edib.

 

Eyni qrupda yer alanlar və eyni ölkə təmsilçilərinin qarşılaşa bilmədiyi 1/8 final mərhələsinin qarşılaşmaları 2015-ci ildə keçiriləcək. 4 həftə davam edəcək mərhələnin görüşləri 8 oyun günündə baş tutacaq.

 

Belə ki, 1/8 finalın ilk oyunları fevralın 17-18-də və 24-25-də, cavab matçları martın 10-11 və 17-18-də keçiriləcək.

 

1/8 final

 

PSJ (Fransa) - “Çelsi” (İngiltərə)

“Mançester Siti” (İngiltərə) - “Barselona” (İspaniya)

“Bayer” (Almaniya) - “Atletiko” (İspaniya)

“Yuventus” (İtaliya) - “Borussiya” (D. Almaniya)

“Şalke” (Almaniya) - “Real” (İspaniya)

“Şaxtyor” (Ukrayna) - “Bavariya” (Almaniya)

“Arsenal” (İngiltərə) - “Monako” (Fransa)

“Bazel” (İsveçrə) - “Porto” (Portuqaliya)

 

0