[b]Ramin Musayev Superkubok haqda: İstəyimiz baş tutmadı[/b]
17.12.2014 - 13:46
[b]Ramin Musayev Superkubok haqda: İstəyimiz baş tutmadı[/b]

“Superkubok matçını Türkiyədə keçirməyi nəzərdə tutmuşduq. Amma görünən odu ki, bu istəyimiz baş tutmayacaq”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

 

Premyer Liqanın qalibi “Qarabağ” və ölkə kubokunun sahibi “Neftçi” arasında keçiriləcək Superkubok matçının yanvarda Türkiyədə baş tutacağı gözlənilirdi. Lakin PFL-in planı dəyişib. Musayevin sözlərinə görə, Türkiyə variantı alınmayıb. Bu səbəbdən oyun Bakıda keçiriləcək: “Təbii ki, Superkubok matçını keçirmək fikrimiz var. Sadəcə, Türkiyə variantı alınmayacaq. İstəyimiz baş tutmadı. Buna görə də, “Qarabağ” və “Neftçi” komandalarının görüşü elə Bakıda keçiriləcək”.

 

Superkubok matçının hansı tarixdə keçiriləcəyi isə hələlik dəqiqləşməyib.

 

 

0