AZAL-ın vitse-prezidentinə dəstək
17.12.2014 - 16:37
AZAL-ın vitse-prezidentinə dəstək

“Komanda bundan öncəki turda çıxış etmədi. Müəyyən fasilə vardı. Yoxlama görüşü keçirə bilməsək də, futbolçularla söhbət etmişdim”. Apasport.az saytının məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Topaz Premyer Liqasının XVII turu AZAL üçün uğurlu alınıb. Komanda səfərdə “Bakı”nı 3:1 hesabı ilə üstələyib. Əhmədov matçdan sonra təşkil olunan mətbuat konfransında bildirib ki, bu qələbəni qazanmaqla ailəsində problem olan klubun vitse-prezidenti Fikrət Hüseynova dəstək nümayiş etdiriblər: “Həmişə demişəm - komanda öz oyununu irəliləyən vaxtlarda tapacaq. “Bakı” ilə matçda futbolçular biz istədiyimiz kimi mübarizə apardılar. Qələbə çox vacib idi. 3 xal qazanmaqla yanaşı, turnir cədvəlindəki  yerimizi yaxşılaşdırdıq. Ümumiyyətlə, ev oyunlarında xallar itirməsəydik, daha yaxşı pillələrdə olardıq. Həmin xal itkiləri məni hələ də təəssüfləndirir. Qarşıda bizi “Xəzər Lənkəran”la oyun gözləyir. Heyətdə zədəli oyunçuların olması bizi qayğılandırır. Amma meydançaya çıxan futbolçular sübut etdilər ki, onlar da əsas heyətdə mübarizə aparmağa layiqdirlər”.

 

Mənbə: pfl.az

0