[b]“Bakı” - 2014-cü ilin sonuncusu[/b]
17.12.2014 - 16:58
[b]“Bakı” - 2014-cü ilin sonuncusu[/b]

“Bakı”nın 2014/15 mövsümünün ilk yarısını sonuncu yerdə başa vuracağı rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XVII turunda AZAL-a məğlub olan paytaxtın eyniadlı təmsilçisinin qış fasiləsinə indiki mövqeyində yollanacağı dəqiqləşib.

 

Belə ki, 1:3 hesablı yenilgidən sonra xal hesabı 10-da qalan bakılılar 2014-cü ilin son turunda qalib gəlsə, elə sonuncu – 9-cu pillədə qalacaq. Çünki 8-ci pillədə qərarlaşan “Sumqayıt” artıq 14 xala malikdi.

 

“Zolaqlılar” üçün 8-ci yer əlçatmaz olduğundan 2014-cü illə autsayder kimi vidalaşacaq.

 

Qeyd edək ki, ilin son turunda “Bakı” səfərdə “Simurq”la görüşəcək.

0