[b]Yenə Teymur Rəcəbov[/b]
18.12.2014 - 09:39
[b]Yenə Teymur Rəcəbov[/b]

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Çinin paytaxtı Pekində “SportAccord” Dünya İntellektual Oyunlarında növbəti uğuruna imza atıb. Apasport.az saytının məlumatına görə, blits növündə 3-cü olan həmyerlimiz Bask sistemi üzrə yarışın gümüş medalını qazanıb.

 

Belə ki, Rəcəbov eyni anda 2 lövhədə təşkil olunan turnirdə 5 turun yekununa əsasən 6 xal toplayıb. Əlavə göstəricilərdə Maksim Vaşye-Laqrav (Fransa) və Şəhriyar Məmmədyarovu (Azərbaycan) qabaqlayan Teymur yalnız Yan Nepomnyaşidən (Rusiya) geri qalıb. Rusiyalı 7,5 xalla çempion olub.

 

Qeyd edək ki, Rəcəbovun ikinci medalından sonra Azərbaycan millisi mükafat qazanan 20 ölkə arasında Latviya ilə 14-15-ci yeri bölüşüb. Artıq başa çatan “SportAccord” Dünya İntellektual Oyunlarında ən yaxşı göstəriciyə isə Rusiya yığması imza atıb. Şimal qonşularımız Pekində 6 qızıl, 5 gümüş və 1 bürünc medala sahib olublar.

0