[b]“Neftçi”nin qapıçısı: Qriqorçuk karyeram ərzində gördüyüm ən güclü məşqçidi[/b]
18.12.2014 - 14:21
[b]“Neftçi”nin qapıçısı: Qriqorçuk karyeram ərzində gördüyüm ən güclü məşqçidi[/b]

“Roman Qriqorçuk karyeram ərzində birgə çalışdığım ən güclü məşqçidi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin qapıçısı Pavels Doroşevs deyib.

 

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk haqda fikirlərini bölüşən Doroşevs ukraynalı mütəxəssisi tərifləyib. Onun sözlərinə görə, Qriqorçuk üçün ən vacib amillərdən biri nizam-intizamdı: “Çox tələbkardı. Nizam-intizama xüsusilə fikir verir. Qriqorçukun rəhbərliyi altında cəmi 1 mövsüm oynasam da, çox bəyənirəm. Məhz onun dövründə karyeramın pik nöqtəsinə çatmışdım, əla formada idim. Qriqorçuk taktika baxımından da güclü mütəxəssisdi. Bir sözlə, “Qəbələ” düzgün seçim edib. Sevinirəm ki, məhz bu cür adam Azərbaycan çempionatında işləyəcək. Onun “Qəbələ”də uğur qazanacağına əminəm”.

 

Qeyd edək ki, Latviyanın “Dinaburq” klubunda Roman Qriqorçukun futbolçusu olmuş Doroşevs “Qəbələ”də də çıxış edib. O, şimal klubunun tarixində ən çox oyun keçirmiş (99 oyun) üçüncü futbolçudu. 

0