“Bu heç-heçəni qələbəmiz kimi görürəm” - FOTO
18.12.2014 - 17:35
“Bu heç-heçəni qələbəmiz kimi görürəm” - FOTO

“Oyuna görə öz komandama təşəkkür edirəm. Futbolçular bütün göstərişləri yerinə yetirdilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.

 

42 yaşlı çalışdırıcı Topaz Premyer Liqasının XVII turunun “Qəbələ” ilə oyununu şərh edib. Məmmədov 1:1 hesablı heç-heçəni qələbəyə bərabər sayıb: “Bu heç-heçəni qələbəmiz kimi görürəm. Futbolçulara, azarkeşlərə təşəkkürümü bildirirəm. Mən düşünürəm ki, “Qəbələ” bir xal qazandı, biz isə qələbəni əldən verdik, itirdik”.

0