Dünyanın 4-cüsü
19.12.2014 - 09:15
Dünyanın 4-cüsü

Milli çempionatlarda ən az qol buraxan komandaların siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, dünyanın ən yaxşıları arasında Azərbaycan təmsilçisi də yer alıb.

 

Keçirdiyi 15 qarşılaşmada 6 top buraxan “İnter” planetin ən etibarlı müdafiə xəttinə malik klublardandı. Hər oyuna orta hesabla 0,40 top buraxan paytaxt təmsilçisi ümumi siyahıda 4-cü yerə şərikdir.

 

Bakılıları qabaqlayan 3 komanda - Almaniya “Bavariya”sı (0,19), Macarıstan “Fehervar”ı (0,35) və Türkiyə təmsilçisi “İstanbul BB” (0,38) “İnyter”i qabaqlayır. Daha iki komanda isə təmsilçimizlə eyni göstəriciyə malikdi. Bunlar “Srvena Zvezda” (Serbiya) və “Zrinski” (Bosniya və Herseqovina) klublarıdı.

0