Mövsümdə 3-cü dəfə
19.12.2014 - 09:31
Mövsümdə 3-cü dəfə

Topaz Premyer Liqasının XVII turu məhsuldar alınıb. Apasport.az saytının məlumatına görə, baş tutan 4 qarşılaşmada meydana çıxan bütün komandalar qol sevinci yaşayıb.

 

Bu isə o deməkdi ki, heç bir komanda qaöıını toxunulmaz saxlamayıb. Cari mövsümdə 3-cü dəfədi belə hal qeydə alınır. Bunadək VII və XIII turlarda da hamı qol vurmuşdu.

 

Arxada qalan turda 14 qol vurulub. Orta məhsuldarlığın 3,50-yə bərabər olması isə mövsümün 3 ən yaxşı göstəricisindən biridir.

 

Rekord isə XII turda qeydə alınıb – 4,25. XIII turda isə bu dəfə olduğu kimi hər matça 3,50 qol vurulmuşdu.

0