[b]Rubl "öldü", “Çelsi”nin sahibi yarım milyard dollar itirdi[/b]
19.12.2014 - 10:53
[b]Rubl "öldü", “Çelsi”nin sahibi yarım milyard dollar itirdi[/b]

Rusiyada rublun qiymətinin aşağı düşməsi bütün milyarderlərə ciddi ziyan vurub. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, ciddi zərər görənlər arasında futbol klublarının sahibləri də var.

 

Bu, ən çox “Arsenal”ın şəriklərindən olan Alişer Usmanovun büdcəsinə təsir edib. Belə ki, o, 809 milyon dollar itirib. “Çelsi”nin bosu Roman Abramoviç 449,5 milyon, “Monako”nun səhmlərinin böyük hissəsinə sahib olan Dmitri Rıbovlev isə 150,1 milyon dollar zərər görüb. Rusiyanın ən zəngin 15 biznesmeni 48 saat ərzində ümumilikdə 8,65 milyard dollar ziyana düşüb.

 

Qeyd edək ki, Alişer Usmanovun büdcəsi 13,4 milyard, Roman Abramoviçdə 12,8 milyard, Dmitri Rıbovlevdə isə 9,8 milyard dollardı.

0