[b]“Biz hələlik bir döyüşü uduzmuşuq, müharibə isə qurtarmayıb”[/b] - MÜSAHİBƏ
19.12.2014 - 11:55
[b]“Biz hələlik bir döyüşü uduzmuşuq, müharibə isə qurtarmayıb”[/b] - MÜSAHİBƏ

Topaz Premyer Liqasının XVII turunda “İnter”ə uduzmaqla, turnir cədvəlindəki mövqeyini də itirən “Neftçi”nin qış fasiləsinə üçüncü pillədə yollanacağı dəqiqləşdi.  Qarşılaşmadan sonra apasport.az saytının əməkdaşının suallarını cavablandıran “ağ-qaralar”ın müdafiəçisi Karlos Kardosa meydanı erkən tərk etməsinə də aydınlıq gətirib.

 

- Oyunla bağlı fikirlərinizi bölüşərdiniz...

- Hesabda öndə olsaq da, bu üstünlüyümüzü qorumağı bacarmadıq. İkinci hissədə fasiləyə qədər nümayiş etdirdiyimiz oyunu davam etdirə bilmədik. Komanda yoldaşlarım çalışdı. Fasiləyə bu cür yollanmağımız çempionatın maraqlı keçəcəyini göstərir.

 

- İkinci hissədə zəif oynamağınızın səbəbi nədi?

- Müdafiədə fasiləyə qədər ortaya qoyduğumuz oyunu davam etdirə bilmədik. “İnter” çoxsaylı epizodlar yaratdı. Qış fasiləsi gəlir. Təlim-məşq toplanışında yaxşı hazırlaşmalıyıq. Ehtiyatda daha bir görüşümüz var. Ümidimizi üzmürük, çempion olmaq şansımız var.

 

- Qələbə qazansaydınız, qış fasiləsinə ikinci pillədə yollanacaqdınız. Bu şansı qaçırmağınız sonra sizə baha başa gəlməyəcək?

- Belə deyək, biz hələ bir döyüşü uduzmuşuq, müharibə isə qurtarmayıb. Bu müharibədə bu cür döyüşlər çox olacaq. Çempionat uzun marafondu, mübarizə aparmalıyıq.

 

- Bu, “Neftçi”nin 2014-cü ildə sonuncu matçı idi. Ola bilərmi ki, legionerlər istirahət haqda düşündüyündən, matça tam konsentrasiya ola bilməyiblər?

- Futbolçularımızın hamısı təcrübəlidi. İşimizi bilirik. Oyuna çıxırıqsa, diqqətimiz meydanda olur.

 

- Matçı erkən tərk etdiniz. Zədəniz ciddidi?

- Ayağım burxuldu. Buna görə də dəyişilməyimi istədim.

 

- Azarkeşlər baş məşqçiniz Arif Əsədovu istefaya çağırırdı. Bunu çağırışı həm də komandanın oyununa etiraz kimi qəbul etmək olarmı?

- Baş məşqçi istefa versə, komanda üçün vacib itki olacaq. Çünki dəyişiklik etmək üçün onun indi imkanı var. Fasilə zamanı ola bilsin, yeni futbolçular da dəvət edilsin.

 

0