[b]Roman Qriqorçuk: “Qəbələ”nin proyekti mənə maraqlı gəlir - MÜSAHİBƏ[/b]
20.12.2014 - 12:42
[b]Roman Qriqorçuk: “Qəbələ”nin proyekti mənə maraqlı gəlir - MÜSAHİBƏ[/b]

“Qəbələ”nin yeni baş məşqçisi Roman Qriqorçuk Ukrayna mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı təcrübəli mütəxəssis bir çox təkliflərin olmasına baxmayaraq, Azərbaycan klubunu seçməsinə aydınlıq gətirib.

 

- Ötən həftəki görüşünüzdə həddindən artıq təklif aldığınızı, onların arasında bəzilərindən imtina etməyin mümkün olmadığını demişdiz. Nəyə görə məhz “Qəbələ” variantının üzərində dayandız?

- İlk növbədə “Çernomorets”dən gedəcəyimi bilirdim. Məndə olan variantların içərisində “Qəbələ”nin təklifi məni maraqlandırdı. Bu səbəbdən oraya yollandım, söhbət etdim, niyyətləri ilə tanış oldum. Onların nə dərəcədə yüksək səviyyədə klub yaratmaq istəyi mənə vacib idi. Bunun üçün onların şərtləri xoşuma gəldi. “Qəbələ”nin proyekti mənə maraqlı gəlir.

 

- “Qəbələ” rəhbərliyi sizə yayda hələ təklif göndərdiyini deyib. Həmin vaxt oraya getməkdən “Çernomorets”də vəziyyətin daha yaxşı olduğu üçün imtina etdiz?

- Yayda “Çernomorets”də işimi davam etdirmək istəyirdim və bunu özümə borc sayırdım. Lakin siz qeyd etdiyiniz kimi sonradan vəziyyət dəyişdi.

 

- Bir ayağınızın “Metallist”də olduğu da deyilirdi. Belə bir variant da vardımı?

- Bu cür söz-söhbətə necə yanaşdığımı bilirsiz. Konkret olan şeylər haqda danışmağı sevirəm. Mənim müqavilə imzaladığım artıq bir həqiqətdi və bu barədə söhbət edirik.

 

- “Qəbələ”nin nümayəndələrindən biri sizə uzunmüddətli müqavilə təklif etmək istədiklərini bildirmişdi. Siz isə onun 1,5 illik olmasını təkid etmisiz. Nəticədə bu müddətə də anlaşdız. Sizin çoxillik müqavilə bağlanmasının tərəfdarı olmadığınızı güman etmək olar?

- Mənim müqavilələrə münasibətim belədi: bu cür sənəd mütləq olmalıdı. Lakin buradakı insanlarla çox mövzuları müzakirə etdim və biz bir-birimizlə rahat anlaşdıq. Müqavilə - mütləq, formal bir şeydir. Əsas da odur ki, mən rəhbərliyin ciddi futbol klubu yaratmaq istəyini gördüm.

 

- Yeni klubunuza “Çernomorets”in oyunçularını dəvət etmək istədiyinizi açıqlamısız. Sizə elə gəlmir ki, bundan sonra Odessa azarkeşlərinin sabiq baş məşqçilərinə əla olan münasibəti dəyişəcək?

- Hesab etmirəm ki, bu, kiminsə xətrinə dəyə bilər. Bu cür məsələlər klubla həll edilir. Heç kəs, heç kimi məcbur aparmır. Bu proseslər sivil qaydada həyata keçirilir. Ona görə də yalnız belə istəyin olduğunu deyə bilərəm.

0