[b]“Qış çempionluğ”u üçün qiyabi mübarizə, 4-cü yerə 4 iddiaçı[/b]
20.12.2014 - 14:29
[b]“Qış çempionluğ”u üçün qiyabi mübarizə, 4-cü yerə 4 iddiaçı[/b]

Sabah Topaz Premyer Liqasında XVIII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, eyni gündə baş tutacaq 4 qarşılaşma ilə mövsümün II dövrəsinə yekun vurulacaq. Bu matçlar ilk yarı ilə yanaşı, 2014-cü ilin də son qarşılaşmaları kimi tarixə düşəcək.

 

İlin son turunda “Neftçi” istirahət edəcək. Bu da onların ilkin təqvimə əsasən qarşılaşmalı olduğu “Araz-Naxçıvan”ın çempionatdan çıxması ilə bağlıdı. Paytaxt təmsilçisi meydana çıxmasa da, 3-cü pillədə qalacağı dəqiqləşib.

 

Baş tutacaq qarşılaşmalarda isə turnir cədvəlinin ilk yarısında qərarlaşanlarla nisbətən aşağı pillələrdə yer alanlar üz-üzə gələcək. Buna görə də bütün matçların favoritləri öncədən bəllidi.

 

İlin son turu “qış çempionu”nun adına aydınlıq gətirməlidi. Buna iki matçın nəticəsi təsir edəcək. Zirvədə qərarlaşan “Qarabağ” evdə “Sumqayıt”ı, “İnter” isə səfərdə “Qəbələ”ni sınağa çəkəcək. Ağdam və Bakı klubu ilk iki pillədən hansını tutacağını dəqiqləşdirmək üçün mübarizə aparacaqsa, digər iki komanda mövqeyini yaxşılaşdırmaq niyyətindədi.

 

Qəbələnin eyniadlı təmsilçisi qalib gəlsə, 4-cü pilləyədək irəliləmək imkanına malik olacaq. Sumqayıtlılar da 1 addım ata bilər. Amma hər iki komanda qələbə ilə yanaşı, turnir cədvəlindəki “qonşular”ının da büdrəməsinə ümid etməlidi.

 

“Xəzər Lənkəran” 4-cü pillədəki yerini qorumaq üçün AZAL-a xal verməməlidi. Bakılılar isə həmin mövqeni ələ keçirmək üçün əllərində olan şanslardan yararlanmaq əzmindədi. Qələbə “təyyarəçilər”in 3 pilləlik sıçrayışı ilə nəticələnə bilər.

 

Günün, həm də ilin son qarşılaşması Zaqatalada keçiriləcək. Autsayderi sınağa çəkəcək “Simurq” da 4-cü yerin 4 iddiaçısı sırasında olduğundan qalib gəlməyə çalışacaq. Son pillədən ən yaxşı halda, gələn il qurtulacaq “Bakı” isə xal hesabını zənginləşdirmək üçün səfərdən xalla dönməlidi.

 

XVIII tur

21 dekabr (bazar)

15:00. “Xəzər Lənkəran” – AZAL

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu

I dövrədəki oyun: 1:1

15:00. “Qəbələ” – “İnter”

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev
Qəbələ şəhər stadionu

I dövrədəki oyun: 0:4

15:30. “Qarabağ” – “Sumqayıt”

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

I dövrədəki oyun: -:+
 

17:00. “Simurq” – “Bakı”

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev
Zaqatala şəhər stadionu

I dövrədəki oyun: 0:1
 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Qarabağ

15

9

4

2

27-17

31

2

İnter

15

7

7

1

25-6

28

3

Neftçi

15

7

5

3

19-12

26

4

Xəzər L

15

5

4

6

21-19

19

5

Simurq

15

5

3

7

20-20

18

6

Qəbələ

15

4

6

5

18-23

18

7

AZAL

14

4

4

6

17-24

16

8

Sumqayıt

15

4

3

8

19-25

15

9

Bakı

15

2

4

9

11-31

10

 

Bombardir: Mikel Alvaro (“İnter”) - 8

0