Roman Cəfərov: Təkrara baxdıqdan sonra konkret bir söz demək olar
21.12.2014 - 17:23
Roman Cəfərov: Təkrara baxdıqdan sonra konkret bir söz demək olar

“Oyunun çətin keçəcəyini bilirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in məşqçisi Roman Cəfərov deyib.

 

O, Topaz Premyer Liqasının XVIII turu çərçivəsində səfərdə “Qəbələ” ilə 1:1 hesablı heç-heçə qalmalarına şərh verib: “Hazırlıq üçün vaxtımız az idi. Buna baxmayaraq, futbolçular yaxşı oynadılar. Fasilə zamanı baş məşqçi müəyyən dəyişiklik etdi. İkinci hissədə daha çox hərəkət etdik və qol vurub heç-heçəyə nail olduq. Bu oyunda Elvin Məmmədov qırmızı vərəqə aldı. Epizoda uzaq idim. Təkrara baxdıqdan sonra konkret bir söz demək olar”.(pfl) 

0